Xəbər lenti

Dünya 17:31 16.04.2024

Moldovada Konstitusiya Məhkəməsi Aİ-yə üzvlüklə bağlı referenduma icazə verdi

Aprelin 16-da Moldova Konstitusiya Məhkəməsi hakim "Hərəkət və həmrəylik” partiyasının deputatlarının Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək xahişinə müsbət rəy verib.

Bu barədə Qaynarinfo "NewsMaker”ə istinadən xəbər verir.

İndi referendumun keçirilməsi ilə bağlı yekun qərarı ölkə parlamenti təsdiq etməlidir.

Nəşr qeyd edir ki, sorğuda oktyabrın 20-də Aİ-yə üzvlüklə bağlı referendumun keçiriləcəyi tarix göstərilir.

Moldovalılar Aİ-yə üzv olmağa səs versələr, Konstitusiyaya bir sıra düzəlişlər ediləcək. Konstitusiyanın preambulasında Avropa kimliyi və Moldovanın Avropa inkişaf yolunun dönməzliyi qeyd olunacaq.

Həmçinin Konstitusiyada ayrıca "Avropa inteqrasiyası” maddəsi də yer alacaq. Orada Moldovanın Aİ-ni təsis müqavilələrinə və Aİ-nin təsis müqavilələrinə yenidən baxan aktlara qoşulduğu qeyd olunacaq. 

Qoşulduqdan sonra bu müqavilələr və aktlar milli qanunlardan üstün tutulacaq. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?