Xəbər lenti

Monako şahzadəsi sarayı tərk edib, İsveçrəyə köçüb
Dünya 14:15 23.08.2023

Monako şahzadəsi sarayı tərk edib, İsveçrəyə köçüb

Monako şahzadəsi Şarlin kral II Albertlə yalnız tədbirlərdə görüşməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazır.

Mənbənin məlumatına görə, Şarlin hazırda İsveçrədə yaşayır və əri ilə yalnız rəsmi görüşlərdə görüşür. 45 yaşlı şahzadə kral II Albertlə yalnız mərasimlər və tədbirlər üçün bir araya gəlir.

Bununla belə, şahzadə Şarlin yayın bir hissəsini 65 yaşlı əri və onların 18 yaşlı əkizləri Jak və Qabriella ilə birlikdə yaxtada keçirib. Lakin sonra şahzadə Şarlin saraya qayıtmayıb və xaricdə yaşamağa başlayıb.

"Albert və Şarlin indi yaxşı tərəfdaşdırlar, növbə ilə uşaqlara baxırlar", deyə bir insayder Almaniyanın "Bild" nəşrinə deyib.

Mənbə əlavə edib ki, Şarlin rəsmi hallarda Monakoya dönəcəyini vəd edib və indi ona uşaqları ilə daha tez-tez görüşməyə icazə verilib.

Bundan əvvəl Monako şahzadəsi boşanma şayiələrini təkzib etdikdən sonra Milanda toy üzüyü olmadan görüntülənib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->