"Moskvada tərəflərin Vaşinqton və Brüsseldə əldə olunmuş razılaşmaların icrası, həyata keçirilməsilə bağlı müəyyən fikir mübadiləsi aparılacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi ekspert Qulamhüseyn Əlibəyli Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Moskva səfərini şərh edərkən deyib.
"Bu səfər aydın məsələdir ki, Rusiyanın təşəbbüsü ilə baş tutub. Rusiya Cənubi Qafqazda yenə də hegomon mövqe tutmaq və burada cərəyan edən prosesləri öz nəzarətində saxlamaqda davam etmək istəyir. Moskvada Azərbaycan və Ermənistan xaric işlər nazirlərinin görüşünü təşkil etməklə Rusiya prosesdə güc sahibi olduğu barədə növbəti görüntü yaratmağa çalışır. Ceyhun Bayramovun Moskvaya olan bu səfərinin yekunu olaraq hər hansısa bir rəsmi sənəd imzalanmayacaq, razılaşma əldə olunmayacaq. Düşünürəm ki, Vaşinqton və Brüsseldə əldə olunmuş razılaşmaların icrası, həyata keçirilməsilə bağlı müəyyən fikir mübadiləsi aparılacaq. Son nəticədə görüş bununla da yekunlaşacaq. Konkret hansısa bir sənəd və ya razılaşmanın olacağını gözləmirəm”.
Qeyd edək ki, iyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş, ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Rüfət Sultan