Xəbər lenti

Moskva KTMT çərçivəsində Azərbaycan və Ermənistana kömək təklif etdi
Siyasət06:51 19.05.2021

Moskva KTMT çərçivəsində Azərbaycan və Ermənistana kömək təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın KTMT çərçivəsində Azərbaycana və Ermənistana sərhəd məsələsində yardım təklif etdiyini bildirib. 
Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, təklif xüsusilə Qaragöl münaqişəsinə aiddir. Rusiya, Moskvanın vasitəçi kimi çıxış edəcəyi Ermənistan-Azərbaycan sərhəd demarkasiya komissiyası yaratmağı təklif edir.
Xatırladaq ki, İrəvan mayın 12-də Azərbaycan qoşunlarının "saxta xəritələrdən istifadə edərək sərhədi çəkmək bəhanəsi ilə” Ermənistan ərazilərinə soxulduğunu bildirib. "Azərbaycanın təcavüzkarlığını dayandırmaq” üçün Ermənistan hakimiyyəti KTMT-yə müraciət edib.
Azərbaycan ortada xüsusi bir şey olmadığını bildirib və KTMT-yə müraciəti əsassız saydığını bəyan edib.
Alpər