Xəbər lenti

Moskva meri: “Meyvə-tərəvəz bazası açılmayacaq”
Dünya09:20 16.10.2013

Moskva meri: “Meyvə-tərəvəz bazası açılmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva meri Sergey Sobyanin paytaxt əhalisini əmin edib ki, qeyri-leqal miqrasiya və bu sahədə cinayətkarlıqla mübarizə davam edəcək. APA-nın verdiyi məlumata görə, S. Sobyanin moskvalıların bazarlarda, ticarət bazalarında qayda-qanun yaratmaq, qanunsuz miqrasiyanın qarşısını almaq və hüquq-mühafizə orqanlarının fəaliyyətini yaxşılaşdırmaqla bağlı tələblərini anladıqlarını və dəstəklədiklərini, bu istiqamətdə müvafiq addımların atıldığını söyləyib: “Yeqor Şerbakovun qətli xüsusilə ağır cinayətdir, lakin bu fakt provokatorlar tərəfindən talanlar və kütləvi qarışıqlıq yaratmaq üçün istifadə oluna bilməz”.

Mer Biryulevodakı meyvə-tərəvəz bazasının bağlandığını və çox güman ki, heç vaxt açılmayacağını vurğulayıb.

Qaynar.info