Xəbər lenti

Moskva metrosu yandı
Dünya06:33 05.06.2013

Moskva metrosu yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvanın "Oxotnıy ryad" və "Biblioteka imeni Lenina" stansiyalarının arasında yanğın baş verib. 

Qaynar.info-nun məlumatına görə, xilasedicilər metroda olan 4500 sərnişini evakuasiya edə biliblər. 11 nəfərə tibbi yardım göstərilib. İki nəfər isə yanğın xəsarətlərin ilə xəstəxanaya yerləşdirilib.  

Yanğın səbəbindən "Komsomolskaya", "Oxotniy ryad" "Lubyanka" və Park "kulturı" stansiyaları giriş-çıxış üçün bağlanıb. 

"İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, yanğının baş verməsinə səbəb "Sokolniçeskiy" stansiyasındakı texniki nasazlıq olub. Bu da "Oxotnıy ryad" stansiyasındakı eletrik xəttlərinin aklışmasına gətirib çıxarıb. 

Hazırda yanğın söndürülüb.  

Qaynar.info