Xəbər lenti

Moskva metrosunda miqrant güllələndi - ŞOK VİDEO
Dünya06:07 22.11.2013

Moskva metrosunda miqrant güllələndi - ŞOK VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya paytaxtı Moskvada metroda iki silahlı şəxs sərnişinə atəş açaraq onu yaralayıb. Yaralı ağır vəziyyətdə xəstaxanaya çatdırılıb. 

"Axar.az" xəbər verir ki, hadisə noyabrın 17-də baş verib, ancaq bu haqda xəbərlər bir neçə gün sonra yayılıb. Müşahidə kameralarına düşən hadisə ilə bağlı məlumatlar ancaq noyabrın 21-də üzə çıxıb. 

Kadrlardan görünür ki, vaqona iki nəfər daxil olur. Onlar əvvəl sakit hərəkət etsələr də, sonradan birinin diqqətini oturmuş gənc çəkir. Onların arasında hansısa dialoq keçir və bundan sonra atəş açılır. Silahlılardan biri Dağıstandan olan, 30 yaşlı Həşim Lətifovu əvvəl qarnından, daha sonra isə başından güllə ilə vurur. 

Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil. Yaralanan dağıstanlı isə ağır vəziyyətdə xəstəxanadadır

 

Qaynar.info