Xəbər lenti

Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilir
Dünya10:50 31.08.2018

Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva metropoliteni daha bir yeniliyə imza atıb.
Qaynarinfo xəbər verir ki, Mosvanın bir çox metro stansiyalarında sərnişinlər üçün elektron kitabxana fondu yaradılıb.
Fondda rus və xarici yazıçıların əsərləri yer alıb. Sərnişinlər mobil telefonlar üçün nəzərdə tutulan xüsusi proqram təminatına daxil olaraq, telefonun kamerası vasitəsilə kitabın üzərindəki QR kodunu oxudub, istədikləri kitabı yükləyə və yol boyu oxuya bilərlər.
Sözügedən xidmət avqustun 30-dan etibarən sərnişinlərə təqdim edilib.
Yeraltının kitab xəzinəsindən 100-dən çox yazıçının əsərləri toplanıb.
Layihəyə "Metro kitablar" adı verilib. Hazırda 13 stansiyada elektron kitabxana yaradılıb.
Metropolitendən verilən məlumata görə, bu layihə yaxın zamanlarda bütün stansiyaları əhatə edəcək.
Qeyd edək ki, Moskva metrosunda bu tip layihələr ilk dəfə deyil ki, gerçəkləşdirilir. Daha öncə isə musiqi ili ərəfəsində metronun bütün stansiyalarında vaxtaşırı məşhurların konserti təşkil edilmişdi.
Çingiz