Xəbər lenti

Moskva metrosunun bakılı rəisi istefaya göndərildi
Dünya07:38 22.07.2014

Moskva metrosunun bakılı rəisi istefaya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 22-də Moskva meri Sergey Sobyanin paytaxt metropoliteninin rəisi İvan Besedini tutduğu vəzifədən azad edib.

1954-cü ildə Bakıda doğulan İvan Besedin metropoliten rəisi postuna 2011-ci ilin fevralında təyin olunmuş, onunla 5 il müddətinə müqavilə imzalanmışdı.

İyulun 15-i Moskva metrosunda “Park Pobedı” və “Slavyanski bulvar” stansiyaları arasında üç vaqon aşıb. Rəsmi məlumatlara görə, qəzada 23 nəfər həlak olub, 150-dən çox adam yaralanıb.

Moskva metrosunun rəhbəri postuna Rusiya Dəmir Yolunun sürətli hərəkət xidmətinin rəhbəri Dmitri Peqov gətirilib (musavat.com).

Qaynar.info