Xəbər lenti

Moskva polisi Quranı yandıranları axtarır
Dünya08:55 09.01.2014

Moskva polisi Quranı yandıranları axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva polisinin rəisi Anatoli Yakuninin əmri ilə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatın təşkilatçılarının tapılması üçün xüsusi əməliyyat qrupu yaradılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qrupa paytaxt polisinin bəzi bölmələrinin əməliyyatçıları daxil olub. Onlara qısa müddət ərzində aksiya təşkilatçılarını müəyyən etmək və saxlamaq tapşırığı verilib.
 
Qeyd edək ki, bir müddət əvvəl internetdə təxribat xarakterli video yerləşdirilib. Həmin videoda naməlum gənclər Quranı yandıraraq nalayiq ifadələr işlədir, sonra isə metroda qeyri-slavyan görünüşlü sərnişindən Allahdan imtina etməyi tələb edir.


Qaynar.info