Xəbər lenti

Moskvada 41 yaşlı azərbaycanlı diri-diri yandı - VİDEO
Dünya16:31 09.11.2013

Moskvada 41 yaşlı azərbaycanlı diri-diri yandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada dəhşətli yol qəzası baş verib. Musavat.com-un LifeNews-a istinadən verdiyi məlumata görə, Kutuzov prospektində “Qazel” və “Honda” markalı avtomobillər toqquşublar. 

“Honda”nın sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Muğdad İsmayılov avtomobildə yanıb. Digər avtomobilin sürücüsü, Tacikistan vətəndaşı Əbdübacı Babaconov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, reanimasiya şöbəsindədir.