
Leninin Moskvanın Klimaşkina küçəsində ucaldılan abidəsi sökülüb.
Qaynarinfo.az publika.az-a istinadən bildirir ki, yerə atılan abidənin başı kəsilib.
Başsız monument iyunun 7-də səhər saatlarında aşkar edilib. Məlumata görə, abidənin yanında onu yıxmaq üçün istifadə olunan ip tapılıb.
Polis vandalizm faktını araşdırır.
2015-ci ilin noyabrında naməlum şəxslər Leninin Yaroslavlda ucaldılan abidəsinin dodaqlarını qırmızı boya ilə rəngləyiblər. Sentyabrda isə naməlum şəxslər Çelyabinsk şəhərinin mərkəzində yerləşən büstü Ukrayna bayrağının rəngləri ilə rəngləyiblər.
Qaynarinfo.az


