
Moskva polisi Quranı yandıran şəxsi həbs edib.
Qaynar.info xəbər verir ki, 23 yaşlı Tver sakini 48 saat ərzində saxlanılıb. Onun haqqında cinayət işi açılıb.
Bundan başqa həmin şəxs Moskva metrosunda sərnişini döyməkdə də ittiham olunur.
Qeyd edək ki, Quranı yandıran şəxs əvvəllər də soyğunçuluq maddəsi ilə həbs olunub.
Qaynar.info