Rusiyada Britaniya səfirliyinin qarşısındakı Smolenskaya Naberezhnaya küçəsinin adı dəyişdirilib. Küçəyə Ukraynanın şərqindəki separatçı ərazinin şərəfinə "Luqansk Xalq Respublikası Meydanı” adı verilib.
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
Britaniya səfirliyi veb saytında ünvanını dəyişməyib. Səfirlik bildirib ki, Smolenskaya sahilində ad dəyişikliyindən əvvəl malik olduğu ünvandan - "Smolenskaya Naberezhnaya 10" - dan istifadə etməyə davam edəcək. "Böyük Britaniya hökuməti, bütün beynəlxalq ictimaiyyət kimi, qondarma Luqansk və Donetsk Xalq Respublikasını tanımır", - bu dəyişiklikdən əvvəl verilən bəyanatda deyilir.
"Küçələrin adlarının dəyişdirilməsi yerli hakimiyyət orqanlarının məsuliyyətidir, lakin bu, əlbəttə ki, Britaniya hökumətinin Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi ilə bağlı mövqeyinə heç bir şəkildə təsir etməyəcək”,- bəyənatda deyilir.
Qeyd edək ki, Rusiya hakimiyyəti artıq ABŞ səfirliyinin yaxınlığındakı kəsişmənin adını "Donetsk Xalq Respublikası Meydanı” adlandırıb.
Nurlan Hüseynov