Xəbər lenti

Moskvada təyyarə yük maşını ilə toqquşdu
Dünya13:37 15.01.2017

Moskvada təyyarə yük maşını ilə toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hadisə Domodedova hava limanında baş verib
Domodedova hava limanında Moskvadan Saratova uçuşa hazırlaşan An 148 təyyarəsi uçuşqabağı yük maşını ilə toqquşub. İstiPress "İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Təyyarənin idarəetmə sxeminin sıradan çıxması nəticəsində cığırda yük maşını ilə toqquşma baş verib. Hava gəmisinin qanadı zədələnib. Sərnişinlər təxliyyə olunub, təyyarə başqası ilə əvəzlənib”.
Hava limanının mətbuat xidmətindən bildiriblər ki, hadisə idarəetmədə səhvə yol verilməsi səbəbindən baş verib.
“Hava gəmisi xüsusi texnikaların hərəkəti üçün nəzərdə tutulan zolağa daxil olub. yerüstü yükləri yükləyən avtomobil üçün ayrılmış zonada hərəkəti zamanı təyyarə maşının üzərinə çıxıb”. 
Qaynarinfo.Az