REN TV kanalı Rusiyanın xalq artisti Mixail Jvanetskinin oğlu Dmitrinin Moskvada bir restoran yaxınlığında baş verən davada necə döyüldüyünün əks olunduğu görüntünü paylaşıb.
Qaynarinfo ria.ru-ya istinadla xəbər verir ki, görüntülər restoranda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.
Jvanetskinin oğlunun dediyinə görə, küçədə onu bir dostuyla birgə soymaq istəyiblər. Dmitri dodaqlarında və ağız boşluğunda açıq bir yara olduğuna görə həkimə müraciət etməli olub.
O, artıq hüquq-mühafizə orqanlarına müraciət yazdığını bildirib.
Aktyorun nümayəndəsi Oleq Staşkeviçin "Veçernayaya Moskva”ya verdiyi müsahibədə deyib ki, "bu, gənclər arasında adi davadır". O qeyd edib ki, Dmitrinin sağlamlığı təhlükə altında deyil.
<iframe src="https://ren.tv/video/embed/645550#autoplay=1;" width="560" height="315" frameborder="0" allowfullscreen="">