Xəbər lenti

Moskvanın Basmannı məhkəməsi Aleksandr Nevzorovu qiyabi həbs etdi
Dünya13:41 06.05.2022

Moskvanın Basmannı məhkəməsi Aleksandr Nevzorovu qiyabi həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Basmannı məhkəməsi Rusiya Silahlı Qüvvələri haqqında "saxta məlumatlar yaymaqda” ittiham olunan jurnalist Aleksandr Nevzorovu (Rusiya Federasiyasında xarici agent kimi tanınır) qiyabi həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məhkəmənin mətbuat xidmətinə istinadən yazıb.
İstintaq bundan əvvəl məhkəməyə vəsatət qaldırıb. İclasda Nevzorov barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi qərara alınıb. Həbs jurnalistin Rusiyada saxlanıldığı və ya başqa ölkədən ekstradisiya edildiyi gündən hesablanacaq.
Xatırladaq ki, mart ayında Rusiya Federasiyasının İstintaq Komitəsinin mərkəzi ofisi Nevzorova qarşı CM-in 2-ci hissəsi ilə cinayət işi açıb. Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaq hesab edir ki, jurnalist sosial şəbəkələrdə Mariupoldakı doğum evinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması ilə bağlı yalan məlumat yayıb. Daha sonra Daxili İşlər Nazirliyi onu axtarışa verib.
Nevzorovun həyat yoldaşı sosial şəbəkələrdə onun İsraildə olduğunu bildirib, daha sonra publisist onun Dominikan Respublikasında olduğunu bildirib.