Xəbər lenti

Moskvanın vurduğu Tehran: İran neftini daşıyan tankerlər indi Rusiya neftini daşıyır
Dünya12:43 22.07.2022

Moskvanın vurduğu Tehran: İran neftini daşıyan tankerlər indi Rusiya neftini daşıyır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əvvəllər sanksiyalar fonunda İran neftinin daşınmasına kömək edən tankerlər indi Rusiya xam neftini daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir.
Bloomberg "Vortexa” gəmiçilik analiz şirkətinə istinadən yazıb ki, bu yazın əvvəlindən İran neftini daşıyan tankerlərdən 11-i Rusiya xam neftini daşımağa başlayıb.
Bu hesabata görə, söhbət nisbətən kiçik tankerlərdən gedir ki, onların hər biri adətən 730 min barel neft daşıma gücünə malikdir. Bu tankerlərə ABŞ tərəfindən embarqo qoyulub.
"Vertexa” şirkətinin neft bazarı analitiklərinin fikrincə, embarqoya qoyulmuş neft ticarəti ilə tanış olan agentlər bu yaxınlarda Rusiya neftini Süveyş kanalının şərqindən daşımağa kömək ediblər.
Rusiyanın neft ixracı ölkə ordusunun Ukraynanı işğal etməsindən qısa müddət sonra Qərbin ciddi sanksiyaları ilə üzləşib və böyük qlobal şirkətlər Rusiyaya xidmət göstərməkdən və neftini nəql etməkdən imtina ediblər.
Sanksiyalara baxmayaraq, Rusiya bu ayın birinci yarısında, iyulda neft ixracını gündəlik 250 min barrelə çatdırıb ki, bu da yazın əvvəli ilə müqayisədə 80 min barel çoxdur.
Qeyd edilir ki, Rusiya neftinin nəqli ilə bağlı çoxsaylı risklər səbəbindən dəniz sığorta şirkətləri də neft tankerlərini sığortalamaqdan imtina edirlər.
M.Arif