Moskvaya yenidən pilotsuz təyyarə hücum etməyə cəhd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin Telegram kanalında məlumat
yayıb.
"Gecə düşmənin pilotsuz uçan aparatı hücuma cəhd edib və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur”, - mer yazıb.
O, başqa təfərrüatları açıqlamayıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin Moskva vilayətindəki obyektlərə pilotsuz uçan aparatları tərəfindən terror aktı törətmək cəhdi edildiyini bildirmişdi. MN hansı obyektlərə hücum edildiyini dəqiqləşdirməyib. Müdafiə Nazirliyi əlavə edib ki, PUA hava hücumundan müdafiə vasitəsi ilə məhv edilib.
Sonuncu dəfə Rusiya Federasiyasının paytaxtı iyulun 24-də pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Birinci PUA Komsomolski prospektində, ikincisi Lixaçev küçəsindəki biznes mərkəzinin hündürmərtəbəli binasına çırpılıb.
Alpər