
Mosul əməliyyatının rəhbəri kapitan Əbduləmir Yarulla Telafer və ətraf bölgələrin xilası üçün çalışacaqlarını bildirib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, açıqlama verən kapitan "Mosulun xilası barədə söz vermişdik və əməl etdik. Tezliklə Telafer və ətraf ərazilər uğrunda da əməliyyatlara başlayacağıq. İraq ordusu İŞİD-ə qarşı böyük səylə mübarizə aparır. Mosulun dar küçələrinə baxmayaraq şəhəri azad edə bildik, Telaferdə də bunu bacaracağıq" deyib.
Qeyd edək ki, Mosul və Mosulun ən böyük ərazisi olan Telafer, İyaziyyə, Məhəlləbiyyə 2014-cü ildən İŞİD-in əlində idi. İraq prezidenti 10 iyul tarixində Mosulun azad edildiyini elan etmişdi.
Gülşən
Qaynarinfo.Az