Xəbər lenti

Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı başladı
Dünya06:25 19.02.2017

Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İraq baş naziri Heydər əl-İbadi bəyan edib.

Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib.

Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb.

Qaynarinfo.Az