Xəbər lenti

Mourinyo
İdman 16:47 04.10.2024

Mourinyo "Fənərbağça"nı ingilis klubuna dəyişə bilər

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İngiltərə Premyer Liqasına (APL) qayıdaraq, "Everton"un baş məşqçisi ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.

Bunun Dan Fridkin klubun alışını başa vurması ilə mümkün olacağı bildirilir.

Tarixin ən böyük mütəxəssislərindən biri olan Mourinyo 2024-cü ilin yayından Türkiyənin "Fənərbağça" klubuna rəhbərlik edir. O, əvvəllər İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->