Xəbər lenti

MSK bəzi məntəqələrin nəticələrini ləğv etdi
Siyasət12:50 11.10.2016

MSK bəzi məntəqələrin nəticələrini ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar daxil olan məlumatlar araşdırılıb.

“Report”un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova nəlumat verib.

O bildirib ki, səsvermə günü bəzi seçki məntəqələrindəki veb-kameralarda görüntülənən qayda pozuntuları ilə bağlı araşdırmalar aparılıb.

A.Muxtarova qeyd edib ki, həmin məntəqələrin nəticələri ləğv edilməli və seçki komissiyaları buraxılmalıdır. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qaynarinfo.Az