Xəbər lenti

MSK-dan vəzifəli şəxslərə xəbərdarlıq
Siyasət13:11 14.02.2018

MSK-dan vəzifəli şəxslərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs Seçki Məcəlləsi və qanunvericiliyə zidd olan hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək".
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
M. Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır:
"Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik".