
Ekaterinburqda tarix müəllimi 8-ci sinif şagirdini boğduğuna görə məktəbdən qovulub.
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, dərs zamanı şagirdlə əlbəyaxa dava edən müəllim onun gündəliyini almağa cəhd edib. Şagird isə gündəliyi vermək istəməyib.
Özündən çıxan pedaqoq zor tətbiq etməklə, gündəliyi almaq istəyib və oğlanı boynundan tutaraq, partaya yıxıb. İnsident yalnız sinif rəhbərinin işə qarışmasından sonra sakitləşib.
Qaynarinfo.Az