Kanadalı müğənni Castin Biber Buenos-Ayresdəki konsertində Argentina bayrağı ilə səhnəni silib və fanatlarının etirazına səbəb olub. Musavat.com-un “Associated Press”ə istinadən verdiyi məlumata görə, tamaşaçılardan kimsə səhnəyi iki Argentina bayrağı atıb. Dastin Biber isə mikrofonun dayağının köməkliyi ilə bayraqla səhnəni silib, sonra isə bayrağı fanatlarına tərəf atıb.
Argentina qanunvericiliyinə görə, dövlət bayrağının təhqir edən şəxsi dörd ilədək həbs cəzası gözləyir.
Əvvəllər oxşar insident Bloodhoud Gang qrupu ilə də yaşanmışdı. Qrup üzvlərindən biri Rusiya bayrağını tumanının altına salmışdı.