Dövlət Dumasının keçmiş deputatı və Kiyevdə öldürülmüş keçmiş deputat Denis Voronenkovun dul arvadı, müğənni Maria Maksakova SSRİ lideri İosif Stalin ilə qohumluq əlaqələrini üzə çıxarmaq üçün testdən keçib.
Qaynarinfo xəbər verir ki, nəticə "Qoy danışsınlar" («Пусть говорят») verilişinin studiyasında elan edilib.
Stalinlə qohumluq söz-söhbətlərinin səbəbi həm də müğənni olan nənə Mariya Maksakova ilə SSRİ lideri arasındakı iddia edilən eşq hekayəsidir. Lüdmila - Mariyanın anası qızını kimdən dünyaya gətirməsi haqda heç vaxt bir şey deməyib. Maria uzun illər arxivləri araşdırıb və Stalinlə qan bağlılığı ola biləcəyi qənaətinə gəlib.
Studiyaya Stalinin birbaşa nəslindən olan biri - böyük nəvəsi Selim Bensaad çıxıb. Maksakovanı ictimaiyyəti aldatmaqda günahlandırıb. Mariya Stalin mirası ilə maraqlanmadığını, yalnız qohumluq ehtimalı ilə maraqlandığını bildirib.
Həmçinin studiyada Stalinin nəvəsi Yuri Davıdov da olub. Mütəxəssislər Maksakovanın 95%-nin Davıdovla əlaqəli olmadığını müəyyənləşdiriblər. Ancaq Bensaad ilə qohumluğu isə 56% bir ehtimal ilə əlaqələndirilə bilər. Məşhur əcdadla bağlılığını öyrənmək üçün müğənninin Rusiyaya gəlməsi lazımdır. Və o, buna hazır olduğunu bildirib.
Alpər