Xəbər lenti

Müğənninin 250 minlik reklamının yayımı dayandırıldı
Maqazin19:58 10.02.2016

Müğənninin 250 minlik reklamının yayımı dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Yıldız Tilbenin 14 fevral- Sevgililər günü üçün çəkilmiş 250 min lirəlik (təxminən 125 min manat) reklamının yayımı dayandırılıb. 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı “Turkcell” mobil operatorunun reklamı üçün kamera qarşısına keçmişdi. Reklam Yıldızın daha əvvəl sosial şəbəkədə yəhudilər əleyhinə söylədiyi fikirlərinə görə Türkiyənin musəvi camaatı tərəfindən sərt reaksiyayla qarşılanıb. 
Y.Tilbenin anti-Sevgililər günü reklamı artıq mobil operatorun rəsmi internet səhifəsindən silinib. 
Qaynar.info