Xəbər lenti

"Müharibə daha uzunmüddətli ola bilər" - Müdafiə naziri
Dünya13:24 22.04.2023

"Müharibə daha uzunmüddətli ola bilər" - Müdafiə naziri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi uzunmüddətli ola bilər. Kiyevin müttəfiqləri belə bir ssenariyə hazırlaşmalıdırlar".
Qaynarinfo xəbər verir ki, bunu "RBC-Ukrayna"ya İsveçin müdafiə naziri Paul Jonsson deyib.
Nazir qeyd edib ki, Ukrayna hərbçiləri ərazilərin azad edilməsinə hazırlıq çərçivəsində yüzlərlə tank, artilleriya sistemi və minlərlə zirehli texnika alıb:
"Düşünürəm ki, müharibə uzun çəkə bilər, biz hazır olmalıyıq. Bunun üçün Ukraynanı logistika, ehtiyat hissələri, sursatla təmin edə bildiyimizə əmin olmaq çox vacibdir", deyə nazir bildirib.
Onun sözlərinə görə, indi müharibədə əsas şey tədarükün təhlükəsizliyidir:
"Hazırda biz İsveçdəki imkanlarımızı nəzərdən keçiririk. Eyni zamanda müdafiə xərclərimizi ÜDM-in 2%-nə qədər artırmaq və Ukraynanı dəstəkləmək üçün daha çox işlər görmək istəyirik".
Aydın