Ukraynanın müharibədən sonra yenidən qurulması üçün 500-600 milyard avroya ehtiyac olacaq.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyanın vitse-prezidenti Valdis Dombrovskis
deyib.
Dombrovskis bildirib ki, məbləğin böyük hissəsini Avropa Birliyi ödəmək niyyətindədir.
O belə bir səyi gerçəkləşdirmək üçün beynəlxalq birliyin kordinasiyasının lazım olduğunu bildirib və deyib ki Avropa Birliyi tərəfindən biz bu kordinasiyanı etməyə hazırıq.
O bildirib: "Avropa Birliyi yenidən qurma ehtiyacları üçün böyük və çoxtəyinatlı dəstək verəcək”.
O, bunu da əlavə edib ki, bu ayın sonu Ukraynanın Avropa Birliyinə namizəd ölkə kimi ehtiyac duyacağı struktur ishalatları təklifi gələcək.
Avropa Birliyi bir müddətdir Ukrayna üçün həmrəylik dəstəyi lahiyəsi üzərində çalışır. İlk dəfədir ki, hansısa Avropa rəsmisi Ukraynanın yenidən qurması üçün lazım olan məbləğ açıqlayır.
Ancaq müharibə davam etdikcə bu məbləğin artacağı da nəzərə alınmalıdır.
Avropa Birliyi rəsmiləri bir müddətdir Brüsseli müharibədən sonra Ukraynaya "Marşal” planı kimi yardım lahiyəsi yaratmağa çağırır.
Bu səylər üçün maliyyənin mənbəyi ilə bağlı isə bir neçə variant var. Rusiyanın dondurulmuş aktivlərinə əl qoymaq, Rusiyanı Sülh sazişinin tərkib hissəsi kimi kompensasiya ödəməyə məcbur etmək və ya beynəlxalq donorlardan pul əldə etməklə.
Nurlan Hüseynov