Xəbər lenti

Murat Bozun Bakıya gəlmə tarixi bəlli oldu
Maqazin05:10 12.12.2016

Murat Bozun Bakıya gəlmə tarixi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli müğənni Murad Bozun rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsi baş tutacaq.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir:

"Təqdimat yanvarın 5-ə nəzərdə tutulub. Qala gecəsində Murad Boz da olacaq. Digər aktyorların iştirakı hələki dəqiqləşməyib. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Qala gecəsi 19:00 da başlayacaq".

Qeyd edək ki, “Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunub.

Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sakdır. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir. 

Qaynarinfo.Az