Xəbər lenti

Mursinin məhkəməsi təxirə salındı
Dünya18:58 08.01.2014

Mursinin məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin Qahirədə keçirilən məhkəməsi fevralın 1-nə kimi təxirə salınıb.
APA-nın “bbc”-yə istinadən verdiyi məlumata görə, məhkəmə iclasının keçirilməsinə hava şəraiti mane olub.
 
Məhəmməd Mursinin İskəndəriyyə həbsxanasından Qahirəyə helikopterlə gətirilməsi nəzərdə tutulub. Misirin Daxili işlər naziri Məhəmməd İbrahimin bildirdiyinə görə, buna isə uçuş üçün əlverişli olmayan hava şəraiti imkan verməyib.
 
Lakin Mursinin tərəfdarları rəsmi bəyanatları təkzib edərək hava şəraitinin qənaətbəxş olduğunu bildiriblər.

Qaynar.info