Xəbər lenti

Müsavat və Milli Şura Novxanıda birgə mitinq keçirəcək? - Açıqlama
Siyasət09:22 24.05.2016

Müsavat və Milli Şura Novxanıda birgə mitinq keçirəcək? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

28 may Respublika günü münasibəti ilə bağlı, ölkənin müxalif partiya və təşkilatları toplantılara hazırlaşır. Müsavat Partiyası mayın 28-də saat 12:00-da Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram mitinqinin keçirilməsinə qərar verib. 

Bundan başqa Milli Şura da mayın 28 saat 12 -də Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcəyini və tədbir keçirəcəyini elan edib.

Aralarında soyuq münasibət hökm sürən Milli Şura və Müsavat Partiyasının tədbiri eyni vaxtda təşkil etməsi sual doğurub.

Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, adətən Müsavat Partiyası saat 12-də Rəsulzadənin abidəsini  ziyarət edir: "Birinci biz tədbiri başlayırıq onlar gözləyirlər. Sonra AXCP başlayır. 

Elman Fəttah

Biz elan etdiyimiz kimi  saat 12-də başlayacağıq. Əgər kimsə istəsə qoşula bilər. Çox da yaxşı alınar. Qoşulmaq istəmiyənlər də gözləyib, bizdən sonra başlayar". 

Başqan müavini həmçinin bildirdi ki, Müsavat Partiyası son 24 il ərzində Novxanıdakı bütün tədbirlərini saat 12-də keçirib. 

Mövzu ilə bağlı Qaynarinfo.az-a açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının fikrincə, tədbir saatlarının eyni zamana düşməsi problem yaratmayacaq: "Biz Rəsulzadənin abidəsin Milli Şura olaraq ziyarət edəciyik. Vaxtın üst-üstə düşəcəyi barədə bir söz deyə bilmərəm. Düşsə belə problem olduğunu görməmişəm. Yanvar ayında da belə bir tədbir olmuşdu. Müsavat Partiyası yekunlaşdırandan sonra, Milli Şura öz tədbirini keçirdi".

Gözəl Bayramlı

Gözəl Bayramlı qeyd edib ki, vaxtların eyni zamana düşməsi bir təsdüfdür: "Milli Şura bu barədə bir həftə öncə qərar verib. Amma Müsavat Partiyasının vaxtından xəbərim yoxdu. Tədbirin birgə keçiriləcəyi barədə indidədən bir söz deyə bilmərəm. Bir neçə gün var. Həmin vaxta qədər, məsləyə də aydınlıq gələcək".

Qafqaz Rafiqoğlu 

Qaynarinfo.az