Xəbər lenti

Müsavatdan Hacıbaba Əzimova - CAVAB
Siyasət12:20 29.04.2013

Müsavatdan Hacıbaba Əzimova - CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gülağa Aslanlı: “Müsavatın Hacıbaba Əzimova yer verməməsinə qətiyyən inanmıram”

VAMBP sədri Hacıbaba Əzimov tədbir keçirmək üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərin ona yer verməməsindən narazı qalıb. 

O, teleqraf.com-a açıqlamasında bildirib ki, onun təşəbbüsü ilə müxalifətin ümummilli hərəkatının yaradılması istiqamətində sonuncu tədbir Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilib: "Aprelin 12-də Müsavat Partiyasının qərargahında toplaşmalı idik.  Bir gün qabaqdan İsa Qəmbərə zəng etdim. Dedi ki, işlər çoxdu, saxlayaq növbəti həftəyə. Aprelin 19-da toplaşmalı idik. Amma ayın 18-də İsa Qəmbər telefonda mənə dedi ki, vacib sənəd var, hələ hazır deyil, tədbiri təxirə salaq. Nə isə tədbir təxirə salındı. Onu deyə bilərəm ki, ümummili hərəkatın yaradılması istiqamətində keçirilməsi nəzərdə tutulan sonuncu tədbirin məsuliyyəti Müsavat Partiyasının üzərindədir. Yaxşı olardı  ki, bu günə qədər nəzərdə tutulan tədbirin keçirilməməsinin səbəbini onların özündən soruşasız".

Məsələyə aydınlıq gətirmək üçün Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı ilə əlaqə saxladıq. Başqan müavini Qaynar.info-ya açıqlamasında deyib ki, Müsavat Partiyası həmişə toplantı keçirənlərə yer verib: “İsa Qəmbərin Hacıbaba Əzimovla danışıqlarından xəbərim yoxdur. Amma deyə bilərəm ki, istənilən müxalifət partiyası toplantı, iclas keçirmək üçün müraciət edibsə, Müsavat Partiyası ona yer verib. Partiya heç vaxt bu cür müraciətlərdən imtina etməyib. Ona görə Müsavatın Hacıbaba Əzimova yer verməməsinə qətiyyən inanmıram”.


İlkin
Qaynar.info