İndoneziyada ilk dəfə keçirilən Müsəlman Dünyası Gözəllik Müsabiqəsinin qalibi nigeriyalı Aişa Ajibola olub.
Zərfdən adının çıxdığını eşitdiyi zaman Aişa nə edəcəyini bilməyib. Sevincdən göz yaşlarına boğulan 20 yaşlı qız ona uzadılan Quranı öpərək gözünün üstünə qoyub. "Qazandığım bu qələbəni bütün müsəlman qadınlara hədiyyə edirəm", - deyə o, tamaşaçılara söyləyib. // Press24.az