Avstraliyanın Sidney şəhərində yaşayan müsəlman gənc "Instagram"ın yeni fenomenlərindəndir.
Qaynarinfo xəbər verir ki, "Yakiboy" adlı istifadəçinin həm də sabiq əsgər olduğu bildirilir. "Müsəlman əsgər" adı ilə tanınan həmin şəxs 60 mindən çox izləyiciyə sahibdir və döyməli, əzələli bədənini, bahalı həyatını, idman məşqlərini nümayiş etdirdiyi fotolarla diqqət çəkir. Pul xərcləməkdən çəkinməyən "müsəlman əsgər" həyat tərzinə görə izləyiciləri tərəfindən tənqid atəşinə də tutulur və İslam dininin qaydalarına uyğun yaşamadığı bildirilir.
Yüzminlərlə dollar dəyərindəki avtomobillərini nümayiş etdirən "Yakiboy" bəzən motivasiya mesajları da paylaşır.