Xəbər lenti

“Müsəlman qardaşlarının” 26 üzvünə ömürlük həbs cəzası verildi
Dünya15:15 03.09.2015

“Müsəlman qardaşlarının” 26 üzvünə ömürlük həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirin Sohaq şəhər Cinayət Məhkəməsi bu gün ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının 26 üzvünə ömürlük həbs cəzası verib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən daha 67 nəfər 15 il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə, 6 nəfər isə 10 il həbs cəzası alıb.

Ümumilikdə Sohaq məhkəməsində 119 nəfərə hökm oxunub. Onlar 2013-cü ildə prezident Məhəmməd Mursinin devrilməsindən sonra ölkədə baş verən iğtişaşlar zamanı 3 kilsəni, xristian mərkəzini, mağazaları yandırmaqda təqsirli biliniblər.

Təqsirləndirilən şəxslərin hamısı Misirdə qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının üzvləridilər.

Qaynar.info