Xəbər lenti

Müsəlmanlar Ramazan bayramında da öldürüləcək
Dünya08:29 27.07.2014

Müsəlmanlar Ramazan bayramında da öldürüləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Körpəsindən tutmuş qocasına qədər minlərlə insanın həyatına vəhşicəsinə son qoyan Fələstin və İsrail ordusu atəşə davam edəcək.

Anspress-in məlumatına görə, Həmas 24 saatlıq atəşkəsi pozduğundan İsrail tərəfi eyni addım ataraq atəşə başlayıb.

Əməliyyatlar müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramında da davam edəcək.

Xatırladaq ki, şənbə günü israillə Həmas humanitar səbəblərə əsaslanaraq 12 saat ərzində atəşi dayandırmağa razılaşıblar. İsrail bildirib ki, atəşkəs müddəti ərzində ona qarşı hücum məqsədilə fələstinlilərin qazıdığı tunnelərin məhv edilməsi davam etdiriləcək. Atəşkəsin elan olunmasından sonra Qəzza küçələrində ara-sıra rast gəlilən fələstinlilər İsrail zərbələrilə dağıdılmış evlərinə baş çəkməyə cəhd edirlər.

İsrailin Qəzzadakı hücumları zamanı dağıntı altında qalan yeni cəsədlər çıxarılıb. Öldürülən fələsdinlilərin sayı 1049-a çatıb. Yaralananların sayı isə 6 minə qədər yüksəldi.

İsrail ordusu din, islam demədən müğəddəs bayramda da insanlara, günahsız körpələrə hücum edəcək.

Qaynar.info