Xəbər lenti

Müsəlmanlar Serbiya baş nazirinə hücum etdi
Dünya14:59 12.07.2015

Müsəlmanlar Serbiya baş nazirinə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Minlərlə insan Avropada Holokostdan sonra ən dəhşətli qətliamın 20-ci ildönümünü qeyd edirlər. Anspress-in məlumatına görə, Srebrenitsa şəhərinda keçirilən anım tədbirində Türkiyənin Baş naziri Əhməd Davudoğlu da iştirak edib.
İldönümü çərçivəsində kütləvi məzarlıqlardan çıxarılan və DNT testi ilə şəxsiyyətləri müəyyən edilən 136 nəfərin də dəfn mərasimi keçirilib.
Aleksandr Vuçiçə edilən hücum
Təbirdə qatılan Serbiyanın baş naziri Aleksandr Vuçiçə qarşı hücum olub. Yerli vətəndaşlar tərəfindən edilən hücumda Baş nazirə ayaqqabı şüşə parçaları və daş atıblar. Daşlardan biri nazirin başına dəyib və eynəyi qırılıb.
Srebrenitsa soyqımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın sayılır. Hadisə ilə bağlı Haaqa tribunalında 14 nəfər məhkum olunub.
1992-1995-ci illərin Bosniya müharibəsi zamanı Birləşmiş Millətlər Təşkilatı Srebrenitsanı dinc əhali üçün təhlükəsiz sığınacaq elan etmişdi. Lakin 1995-ci il, iyulun 11-də Serbiya qoşunları orada Hollandiya sülhməramlıların olmasına baxmayaraq şəhəri zəbt etdi.
Növbəti günlərdə Bosniya serblərinin qüvvələri 8 minədək müsəlman kişi və oğlanı qətlə yetirdilər. Serb qüvvələri cinayətin miqyasını gizlətmək üçün cəsədləri 90 kütləvi məzarlıqda dəfn etmişdilər.
Bu həftənin əvvəllərində Rusiya BMT-nin Britaniya tərəfindən tərtib edilmiş qətnaməsinə veto qoyub. Qətnamədə Srebrenitsa qətliamı soyqırımı adlandırılırdı. Sebiya prezidenti Tomislav Nikolic Moskvanın bu addımını Serbiya üçün “böyük gün” adlandırıb.
Srebrenitsa Serb Respublikasının ərazisində yerləşir.
Srebrenitsa qırğını ilə bağlı ittihamlar əsasında Bosniya serblərinin lideri Radovan Karacic və Bosniya serbləri qüvvələrinin komandiri Ratko Mladic Haaqa tribunalına cəlb olunublar.
Qaynar.info