
Bu gün Sumqayıt Apellyasiya məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəylinin apellyasiya şikayətinə baxılıb.
Musavat.com-un məlumatına görə, prosesə hakim Hüseyn Nəbiyev sədrlik edib. Mustafa Hacıbəyli barəsində Abşeron rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Mustafa Hacıbəyli Novxanıda müxalifətin Cümhuriyyət günü münasibətilə keçirdiyi mitinqindən sonra saxlanılığı O, xırdar xuliqanlıqda (İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi) təqsirli bilinərək, 15 sutkalıq inzibati həbs cəzası alıb.