Xəbər lenti

Müştərilərin fikirlərini oxuyan “ağıllı restoran” açılır
Dünya19:24 28.12.2016

Müştərilərin fikirlərini oxuyan “ağıllı restoran” açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində “KFC” restoranlar şəbəkəsi və veb-servislərin yerli “Baidu” provayderi yeni restoranın yaradılması üzərində işləyirlər.

Yeni “ağıllı restoran” Pekində istifadəyə veriləcək. Restoranın əsas özəlliyi ondan ibarətdir ki, müştəri restorana gələrkən sifariş verməyəcək. Belə ki, restoranda quraşdırılmış yeni sistem müştərinin üzünün ifadəsindən hansı yeməyi sifariş edəcəyini başa düşəcək. “KFC” kassalarında quraşdırılmış müasir skanerlər alıcının cinsi, yaşı və əhval-ruhiyyəsini duya biləcək.

Bundan başqa, restoran daimi müştərilərinin məlumat bazasını yaradacaq. Bu, alıcının dəqiq istəyini öyrənməyə imkan verəcək.(publika.az)

Qaynarinfo.Az