Xəbər lenti

Müxalif partiyanın seçki mitinqində partlayış: Yaralılar var
Dünya17:52 05.06.2015

Müxalif partiyanın seçki mitinqində partlayış: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində partlayış olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə transformatorun partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində xeyli sayda insan xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Qaynar.info