Xəbər lenti

Müxalifət hökumətin istefası ilə bağlı imza toplamağa başladı
Dünya06:25 15.12.2013

Müxalifət hökumətin istefası ilə bağlı imza toplamağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali Radada təmsil olunan Ukraynanın üç müxalifət partiyası hökumətə etimadsızlıq votumu məsələsinin parlamentin gündəliyinə salınması üçün yenidən imza toplamağa başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Batkivşina” müxalifət partiyasının lideri Arseniy Yatsenyuk bildirib.

Qeyd edək ki, ötən həftə Ukrayna parlamenti Nazirlər Kabinetini istefaya göndərmək üçün lazımi sayda səs toplaya bilməmişdi. Müxalifət və etiraz aksiyasının iştirakçılarının tələblərinə baxmayaraq Ali Rada dekabrın 10-da hökumətə etimadsızlıq votumu barədə qətnaməni qəbul etməkdən imtina edib.    

Hökumətə etimadsızlıq votumu haqqında qətnaməni 450 deputatdan yalnız 186 nəfəri dəstəkləyib. Səsvermədə Regionlar Partiyası, Kommunist Partiyasının fraksiyaları və fraksiyalara daxil olmayan deputatların yarısından çoxu iştirak etməyib.  

Qərarın qəbul edilməsi üçün 40 səs çatmayıb.  

Qaynar.info