Xəbər lenti

Müxalifət lideri bütün partiyaları görüşə çağırdı
Dünya05:20 12.06.2013

Müxalifət lideri bütün partiyaları görüşə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu İstanbulun Taksim meydanında baş vermiş nümayışlərlə əlaqədar, partiyasının təcili toplantısını keçirib. 

Trend-in məlumatına görə, 3 saat davam edən toplantının sonrası Kılıcdaroğlu Türkiyə Prezidenti Abdullah Gülü ölkənin bütün partiya rəhbərlərinin toplantısının keçirilməsinə çağırıb.

Müxalifət partiyasının rəhbəri qeyd edib ki, baş verən hadisələr Türkiyənin iqtisadiyyatına mənfi təsir edir.

Onun sözlərinə görə, Türkiyə bu vəziyyətdən tez bir zamanda çıxmalıdır.

Artıq on gündən çoxdur ki, Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları davam edir.

Qaynar.info