
Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu "Nobel"ə namizəd göstərilib.
"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə CHP-li millət vəkili Gürsel Tekin qatıldığı televiziya proqramlarının birində danışıb.
O, bir-neçə QHT-nin Kılıçdaroğlunu "Adalet" yürüşü zamanı demokratiyaya, hüquqa və sülhə tərəfdar çıxdığına görə "Nobel"ə namizəd göstərdiklərini bildirib.
Qaynarinfo.Az