Xəbər lenti

Muzdlu əsgər, sakit əfqan: 50 nəfərin qatili barədə ŞOK TƏFƏRRÜAT - VİDEO/FOTO
Dünya09:43 13.06.2016

Muzdlu əsgər, sakit əfqan: 50 nəfərin qatili barədə ŞOK TƏFƏRRÜAT - VİDEO/FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna hücum edən Ömər Matinin keçmiş ilə bağlı bəzi təfərrüatlar açıqlanıb.
Publika.az “euronews”a istinadən xəbər verir ki, 29 yaşlı etnik əfqan iki dəfə - 2013 və 2015-ci illərdə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən dindirilib.
O, Suriyada özünü partladan ilk amerikalı kamikadze ilə əlaqədə şübhəli bilinirmiş. Lakin FTB onun ekstremistlərlə əlaqələrini sübut edə bilməyib.
Beynəlxalq təhlükəsizlik şirkəti olan G4S-də muzdlu əsgər kimi çalışdığı müəyyən edilən Matinin odlu silahdan istifadəyə icazə verən sənədinin olduğu bildirilir.
Onun keçmiş arvadı, özbək əsilli Sitora Alişerzodanın sözlərinə görə, Ömər Matinin psixi problemləri var imiş və ona qarşı tez-tez fiziki zorakılıq tətbiq edirmiş: “Artıq toydan bir neçə ay sonra gördüm ki, onun psixikası qeyri-stabildir. Həmin vaxt təhlükəsizliyimdən narahat olmağa başladım. O, bir neçə ay sonra artıq mənə qarşı tez-tez güc tətbiq edir, qohumlarımla ünsiyyət saxlamağa icazə vermirdi. Mən girov kimi idim, amma özümü inandırmağa çalışırdım ki, hər şey elə də pis deyil. Amma sonra qohumlarım gələrək məni xilas etdilər”.
Ömər Matin həftədə bir neçə dəfə islam mərkəzinə baş çəkirmiş. İmam Şafid Rəhman isə bildirir ki, o, kifayət qədər sakit olub: “O, gecikmə ilə gəlir və hamıdan əvvəl gedirdi. Heç kimlə danışmırdı. O, özü ilə 5 yaşlı oğlunu gətirirdi”.
Qeyd edək ki, ötən gün törədilən terror aktında 50 nəfər həlak olub, 53-ü yaralanıb.
Qaynarinfo.az