Xəbər lenti

Nadir Qafarzadə düz deyir, ona görə ki...
Ölkə 20:32 13.02.2025

Nadir Qafarzadə düz deyir, ona görə ki...

"Oğlumun təhsilinə verdiyim pula çayxana açardım". Nadir Qafarzadənin bu fikri doğrudan da məntiqlidir. 

Niyəsini isə 3 səbəblə izah edim:

Birincisi, universitet təhsilinə böyük mənalar yükləmək 20-ci əsrdən qalan vərdişdir. Universitet sayının az olduğu, qəbul şərtlərinin çətin olduğu ötən əsrdə tələbə adını qazanmaq indiki qədər əlçatan deyildi. 21-ci əsrdə isə dünyanın hər yerində məqsədi sırf diplom paylamaq olan vitrinlik universitetlərin sayı çoxdur. Əsas məsələ "universitet oxumaq" deyil, "hansı universitetdə oxumaq"dır. Elə yerlər var ki, orda oxumaqdansa çayxanada işləmək daha sərfəlidir.

İkincisi, ötən əsr valideynlər və tələbələr soruşurdu ki, "bu universitet bizə nə verəcək?" Cavab da sadə idi: diplom. İndi isə "universitetdən nə ala bilərəm?" sualını soruşanların zamanıdır. Diplom dalınca qaçanların yerinə öyrənənlərin qazandığı bir əsrdəyik. Heç bir öhdəliyi, vəzifəsi olmayan valideyn, tələbə profili çox keçmişdə qaldı. Zəhmət çəkib universitetdən nə almağa ehtiyacın varsa, alacaqsan. Diplom universitetin verdiyidir, qalanlarını tələbə almalıdır. Ala bilməyənlər üçün çayxana çox uğurlu biznesdir. 

Üçüncüsü, ali təhsil, universitet insana dərhal pul qazandırmaya bilər amma pulu nəyə xərcləmək lazım olduğunu yaxşı öyrədir. Əgər yaxşı bir təhsil alınsaydı, yəqin ki, pulu xərcləmək üçün ilk ağla gələn biznes ideyası çayxana olmazdı.

Rizvan Qənbərli
Media eksperti

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->