Xəbər lenti

Naibə: “Elə aktrisalar olub ki, başlarına oyunlar açıblar...”
Sənət12:51 16.02.2022

Naibə: “Elə aktrisalar olub ki, başlarına oyunlar açıblar...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən onun ucbatından 8 il xəstə yatdım”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva adını açıqlamaq istəmədiyi aktrisalardan birinin onu çılpaq fotoları ilə şantaj etdiyini deyib.
Naibə Allahverdiyevanın sözlərinə görə, aktrisa bunu bir başqaşı ilə birləşərək edib: 
"Onun mənə münasibətini görürdüm, bir dəfə məni elə əsəbiləşdirmişdi ki, xəstəxanaya düşdüm. Bunu bir başqşası ilə birləşib edirdi. O vaxtdan mən nevroz xəstəliyi tapdım, çox pis vəziyyətə düşdüm. Olub-keçib, hadisələrin üstündən illər ötüb. Allah onun günahlarını bağışlasın. İnsandır, mən kinli adam deyiləm”.
Naibə Allahverdiyevanın fikirincə, bəzən insanları olduğu kimi qəbul eləmək lazımdır:
"Səhv edib, ola bilsin, cavan idim, teatra təzə gəlmişdim. Bütün teatrda aktrisalar arasında rəqabət olur. Tək mən belə olmamışam, elə aktrisalar olub ki, başlarına oyunlar açıblar. Bunu mənə illər sonra deyiblər, onda da şoka düşmüşdüm. Mən ona pislik etməmişdim. Ola bilsin ki, məni özünə rəqib görüb. O gələndə mən ayağa qalxırdım. Birinci salamı mən verirdim”.
Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyeva adını açıqlamaq istəmədiyi aktrisalardan birinin onu çılpaq fotoları ilə şantaj etdiyini deyib.
 
Bahar Rüstəmli