"Məndə olan məlumata görə, Zəngəzurda son sərhəd hadisəsi ilə bağlı 30-a yaxın əsirimiz var”.
Bu barədə Ermənistanın Milli Məclisinin keçmiş deputatı Naira Zöhrabyan deyib.
"Mən rus mənbələrimdən əsirlərin sayını öyrənməyə çalışdım. Onların məlumatına görə, Zəngəzurda baş verən son hadisədən sonra Azərbaycanda 30-dan çox əsirimiz var. Bundan əlavə, rəsmi rəqəmləri müqayisə edəndə 13 əsirin, 24 itkinin olduğunu deyirlər. Dəqiq deyə bilmərəm, amma əldə etdiyim məlumata və çoxsaylı faktlara əsasən deyə bilərəm ki, itkin düşmüş əsgərlərimizin çoxu əsir götürülüb”, - Zöhrabyan bildirib.
N.Zohrabyan əsirlərin yaxınlarından məöktub aldığını yazıb:
"Qadınlardan biri deyir: "Uşaqlarınızın meyitini gətirib qarşınıza qoysalar, yaxşı olar?”. Təbii, mən ona başa salmağa çalışdım ki, hazırda mandatım yoxdur, amma parlamentdə oturan hər kəsdən daha çox köməklik etməyə çalışıram. Onların emosiyalarını başa düşürəm. Bizim heç birimiz oğlanlarımızın əsirlikdə yaşadıqlarını bir an belə təsəvvür edə bilmirik.
Hökumət sanki müharibənin nəticələrinə görə yeni günahkar tapıb, bu dəfə əsirlərimizdir. Dünən parlamentdə Nikol Paşinyan əsirləri günahlandıraraq bildirib ki, əsir düşmək halları öyrənilməlidir.
Mən Nikol Paşinyana, ümumiyyətlə, istinad etmək istəmirəm, çünki onunla hər şey aydındır. Əsirlərin videosuna baxın, əsir düşən əsgərlər nə edə bilərdi? Başqa bir şey, əgər əsgərin özünü müdafiə etmək imkanı varsa, özünü müdafiə etmək üçün mövqe üstünlüyü varsa və o, mövqedən çıxıb, qaçıb, könüllü təslim olubsa, o, başqa məsələdir. Mən gördüyüm bütün videolarda əsgərimizin mövqedən getməsi və ya sona qədər döyüşməməsi ilə bağlı heç bir günah görmədim”.
Naira Zöhrabyanın sözlərinə görə, dövlət əsirlərin probleminin həlli üçün heç bir addım atmır, yalnız ayrı-ayrı şəxslər öz əlaqələri vasitəsilə bu məsələni həll etməyə çalışırlar:
"Elan olundu ki, Ermənistan nəhayət tarixin ən güclü müdafiə nazirinə sahib oldu. İndi mən erməni xalqının müdafiə nazirindən konkret cavablar almaq istəyirəm: Zəngəzurdakı son döyüşdən sonra nə qədər qurbanımız, nə qədər əsirimiz var? Təbii ki, biz bunu etməliyik, bu bizim işimizdir, amma ilk növbədə dövlətin işidir”.
N.Zohrabyan əsirlərin qohumları ilə daim əlaqə saxladığını, müxtəlif vasitələrlə Bakıda olan əsirlərimiz haqqında məlumat almağa çalışdığını da xatırladıb:
"Böyük danışmaq əvəzinə, Parlamentin tribunasını qucaqlamaq əvəzinə, konkret işlər görülməlidir. Dediklərim həm iqtidara, həm də müxalifətə aiddir. Bu məsələ tez bir zamanda həll olunmalıdır".
Telman Qasımov,
Hərbi-siyasi ekspert