Xəbər lenti

Nalbandyan sülhə hazırlaşır
Dünya11:08 23.07.2014

Nalbandyan sülhə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xalqı müharibəyə yox, sülhə hazırlamaq lazımdır".

Anspress-in məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Eduard Nalbandayan Brusseldə Avropa Birliyi və Şərq tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında bildirib.

Erməni nazir həmin iclasda Azərbaycanın müharibə ritorikası barədə şivən qoparmaqdan da çəkinməyib. “Biz tamamilə razıyıq ki, xalqı müharibəyə yox, sülhə hazırlamaq lazımdır. Təəssüf ki, Azərbaycan militarist və pravakasion ritorikası ilə tam əksini edir”.

Nalbandayan qoşunların təmas xəttində və Ermənistanla sərhəddə yaranmış gərginliyə görə də Azərbaycanı günahlandırıb. Ermənistan XİN başçısı bu azmış kimi, ATƏT-in Minsk qrupuna münaqişəni dinc yolla həll etmək istədiklərinə görə təşəkkür edib.

Göründüyü kimi, bir vaxt günün reallaqlarından danışan, qan töküb aldıqları əraziləri geri qaytara bilməyəcəklərindən bəhs edən, məğrur əda ilə son qərarı qalib tərəfin verəcəyini iddia edən ermənilər ritorikanı dəyişiblər. Çünki başlanacaq istənilən müharibədə darmadağın olacaqlarını yaxşı bilirlər.

Qaynar.info